Bank Of Baku

Azərbaycandakı kiçik orta məktəblər birləşdirilə bilər

Azərbaycandakı kiçik orta məktəblər birləşdirilə bilər
# 08 may 2009 10:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyi Dünya Bankı ilə birgə həyata keçirməyi nəzərdə tutduğu layihə çərçivəsində Azərbaycandakı kiçik orta məktəbləri birləşdirməyi planlaşdırır. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, uzun müddətə nəzərdə tutulmuş bu layihənin icrası üçün şərait lazımdır: “Ona görə də bu gün onun həyata keçirilməsi üçün konkret addımlar atmaq olmaz. Biz bu layihəni əvvəlcə pilot rayonda həyata keçirə bilərik. Əgər bunun müsbət nəticələri olarsa, layihəni daha sonra bütün respublika ərazisində reallaşdırmaq olar. Bu, bizim arzumuzdur. Çünki dünyada belə layihələr həyata keçirilir”.

M. Mərdanov orta məktəblərdə ayrıca olaraq, Qarabağa həsr olunmuş ayrıca dərsliklərin hazırlanmasına və dərslərin keçirilməsinə ehtiyac olmadığını da söyləyib. O əlavə edib ki, ölkənin ümumtəhsil məktəblərində Qarabağa həsr olunmuş kifayət qədər dərs keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR