Bank Of Baku

Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 08 may 2009 10:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. VII-XI sinif şagirdləri arasında Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş inşa-yazı müsabiqəsinin respublika mərhələsinin yekun nəticələri açıqlanıb. APA-nın məlumatına görə, müsabiqə Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Həmkarlar İttifaqı Konfederasiyası və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə keçirilib. Təhsil naziri Misir Mərdanov bildirib ki, müsabiqədə 88 şagird iştirak edib. 5 nəfər I, 5 nəfər II, 10 nəfər III yerə layiq görülüb, 56 nəfər isə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. Qaliblərin inşa yazıları “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı topluda dərc edilib.

M. Mərdanovun çıxışından sonra qaliblər mükafatlandırılıb. Daha sonra çıxış edən YAP-ın icraçı katibi Əli Əhmədov deyib ki, şagirdlər üçün Heydər Əliyev ideyalarını öyrənmək çox əhəmiyyətlidir. Onun sözlərinə görə, qaliblərdən bu il ali məktəbə daxil olanlar hər ay YAP-dan 50 manat məbləğində təqaüd alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR