Bank Of Baku

9 May və Heydər Əliyevin ad günü münasibətilə avtoyürüş keçiriləcək

9 May və Heydər Əliyevin ad günü münasibətilə avtoyürüş keçiriləcək
# 08 may 2009 11:12 (UTC +04:00)
Bakı - APA. Bakı “Avto-Retro Klub”u ənənəvi olaraq, 9 May - Qələbə günü və 10 May - Heydər Əliyevin ad gününə həsr olunmuş avtoyürüş təşkil edir. Klubdan APA-ya verilən məlumata görə, 2 günlük yürüşdə 1973-cü ilə qədər buraxılan qədim və klassik avtomobillərin iştirakı nəzərdə tutulur. Mayın 9-da saat 09.00-da Biləcəri qəsəbəsi M. Hüseynzadə küçəsi 12, ünvanda yerləşən “Avto-Retro Klub”dan start götürəcək yürüş Bakı-Quba-Bakı istiqamətində hərəkət edərək, mayın 10-da Fəxri Xiyabanda H. Əliyevin məzarını ziyarət etməklə başa çatacaq.

Yol boyu, eləcə də Quba şəhərində ictimaiyyətlə görüşlər, H. Əliyev muzeylərinin ziyarəti və Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR