Bank Of Baku

Cəbhəyanı yaşayış məntəqələrinə çəyirtkə sürüləri hücum edib

Cəbhəyanı yaşayış məntəqələrinə çəyirtkə sürüləri hücum edib
# 08 may 2009 11:48 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Tərtər rayonunun cəbhəyanı yaşayış məntəqələrinə çəyirtkə sürüləri hücum çəkib. APA-nın Qarabağ bürosunun məlumatına görə, zərərvericilər rayonun Şıxarx qəsəbəsi, Çaylı və Həsənqaya kəndlərinin ərazilərində kütləvi şəkildə artır. Tərtər rayon İcra Hakimiyyətinin (İH) Aqrar məsəllər üzrə şöbəsinin baş aqronomu Natiq Musayev APA-ya açıqlamasında deyib ki, sözügedən yaşayış məntəqələri qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşir və nəzarətsiz ərazilərdə çəyirtkə sürfələrinə qarşı mübarizə aparılmadığından indi onların kütləvi şəkildə yaşayış olan ərazilərə axını müşahidə olunur. N. Musayev onu da bildirib ki, hazırda İH tərəfindən zərərvericilərə qarşı geniş profilaktik tədbirlər həyata keçirilir: “Bunun üçün kifayət qədər dərman preparatları da alınıb. Bu günədək çəyirtkə sürülərinin məhsul altında olan sahələrə zərər vurması faktı qeydə alınmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR