Bank Of Baku

Ombudsman cənub bölgəsinə səfər edib

Ombudsman cənub bölgəsinə səfər edib
# 08 may 2009 14:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova cənub bölgəsinə səfər edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova Lənkəran İcra Hakimiyyəti, Təhsil Nazirliyi və Lənkəran Dövlət Universitetinin birgə təşkil etdiyi “Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən elmi konfransa qatılıb. “Heydər Əliyev hüquqi dövlətin banisidir” mövzusunda çıxış edən ombudsman bildirib ki, məhz H. Əliyevin dövründə ölkədə insan hüquqları üzrə müvəkkil təsisatı yaranıb. Hazırda bu təsisat vətəndaşların sosial, siyasi, iqtisadi, mədəni hüquqlarının qorunmasında mühüm rol oynayır.

E. Süleymanova iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını və 31 mart soyqırımı qurbanlarının xatirəsinə inşa olunmuş abidəni də ziyarət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR