Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondu iməcilik keçirib

Dövlət Sosial Müdafiə Fondu iməcilik keçirib
# 08 may 2009 14:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mərkəzi aparatının kollektivi Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə iməcilik keçirib. DSMF-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fondun mərkəzi aparatının inzibati binasının yaxınlığında yerləşən yaşayış massivindəki sahədə təmizlik işləri aparıldıqdan sonra ərazidə xaricdən gətirilmiş yeni ağaclar əkilib.

Artıq ikinci ildir qurumun əməkdaşları belə iməcilik keçirir. Budəfəki iməcilik zamanı ərazidə abadlıq işləri bir qədər də genişləndirilib. Belə ki, ərazidəki ağacların qurumuş budaqları kəsilməklə yanaşı, gövdələri əhənglənib, ətrafındakı piyada səkilərinin beton hissələri rənglənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR