Bank Of Baku

“Sərhədçi” Atçılıq Mərkəzinin açılış mərasimi keçirilib

“Sərhədçi” Atçılıq Mərkəzinin açılış mərasimi keçirilib
# 08 may 2009 15:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Novxanı qəsəbəsində yerləşən “Sərhədçi” Atçılıq Mərkəzinin açılış mərasimi keçirilib və beynəlxalq atçılıq yarışına start verilib. APA-nın xəbərinə görə, mərasimə DSX-nin rəisi Elçin Quliyev, daxili işlər naziri Ramil Usubov, hərbi prokuror Xanlar Vəliyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qatılıb. Turnirdə Gürcüstan, Bolqarıstan, Rusiya və Azərbaycan idmançıları iştirak edir. Turnirin qalibinə 46 min 500 dollar mükafat veriləcək. Mayın 10-da isə “Heydər Əliyev kuboku” uğurunda yarış keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR