Bank Of Baku

Marneulidə Heydər Əliyevin 86 ildönümü ilə bağlı tədbir keçirilib

Marneulidə Heydər Əliyevin 86 ildönümü ilə bağlı tədbir keçirilib
# 08 may 2009 15:30 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetində Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr edilmiş tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbiri universitetin rektoru Novruz Bayramov aзaraq Azərbaycan Dövlət Neft Akademiyasında kütləvi qətlə yetirilənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev H. Əliyevin sadə bir ömür yaşamadığını bildirib: “Heydər Əliyev ömrünü tam şəkildə xalqa həsr edib”.

Tədbirdə tarix elmləri doktoru, Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü, professor Quram Lordkipanidze, siyasi elmlər doktoru, professor Tamara Kiknadze, pedaqoji elmlər doktoru Konstantin Ramişvili, filologiya elmləri doktoru Anna Babluani, parlamentin keçmiş deputatı Hidayət Hüseynov və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR