Bank Of Baku

Milli Məclis Tikinti Məcəlləsini birinci oxunuşda qəbul edib

Milli Məclis Tikinti Məcəlləsini birinci oxunuşda qəbul edib
# 08 may 2009 16:01 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında Tikinti Məcəlləsi müzakirə olunub. APA-nın xəbərinə görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov sənəd haqqında məlumat verib. O, layihənin hazırlanmasında MDB və Avropa ölkələrinin, xüsusilə də Almaniyanın təcrübəsindən istifadə olunduğunu bildirib: “Layihədə tikinti fəaliyyəti sahəsində dövlət siyasəti və səlahiyyətlər, tikinti fəaliyyətinin əsas prinsipləri, iştirakçıları, onların hüquq və vəzifələri, tikinti işləri haqqında ictimaiyyətin məlumatlandırılması, tikinti fəaliyyətində peşəkarlıq və digər məsələlər öz əksini tapıb. Layihə 15 fəsil, 114 maddədən ibarətdir”.

Müzakirələr zamanı çıxış edən Qüdrət Həsənquliyev məcəllədə tikinti normalarının pozulmasına görə sanksiyaların tətbiq edilməsi ilə bağlı müddəaya da yer verilməsini zəruri sayıb: “Bu sanksiyalar tikinti normalarını pozan tikinti şirkətlərinə qarşı tətbiq olunmalıdır”.

Baba Tağıyev tikinti obyektlərinin üçüncü şəxslər qarşısında məsuliyyətinin məcburi sığortasının müəyyən edilməsini istəyib: “Üçüncü şəxs kimi əhali, ayrı-ayrı insanlar, dövlət və digər subyektlər çıxış edir. Tikinti fəaliyyəti nəticəsində əhalinin sağlamlığına, ekologiyaya ziyan vurulursa, bu halda nəticənin aradan qaldırılması üçün hansı maliyyə təminatları var?”

Spiker Oqtay Əsədov da qanunun konseptual baxımdan qəbul edilməsini məqsədəuyğun sayıb.

Müzakirələrdən sonra sənəd birinci oxunuşda qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR