Bank Of Baku

Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası Quba məzarlığında muzey tikintisi ilə bağlı 10 bənddən ibarət təkliflər planını təsdiq edib

Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası Quba məzarlığında muzey tikintisi ilə bağlı 10 bənddən ibarət təkliflər planını təsdiq edib
# 08 may 2009 16:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası Quba məzarlığında muzey tikintisi ilə bağlı 10 bənddən ibarət təkliflər planını təsdiq edib. Bu barədə APA-ya Qubadakı kütləvi məzarlıqda aparılan arxeoloji ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev bildirib. Onun sözlərinə görə, təkliflər planı Milli Məclisin 8 deputatının Quba məzarlığı ilə bağlı baş nazir Artur Rəsizadəyə göndərdiyi məktuba cavab olaraq hazırlanıb. Q. Ağayevin sözlərinə görə, Elmi Şuranın qərarında qrunt sularının axıdılmasının qarşısını almaq üçün məzarlığın cənub tərəfində beton qoruyucu divarın tikilməsi, insan sümüklərini parçalanmadan qorumaq üçün müvafiq addımların atılması, məzarlığın şüşə örtük altında muzey kiçi qorunması və olduğu kimi saxlanılması, məzarlığın sonadək ziyarət edilməsi üçün labirint formasında quraşdırılması, cənub hissədə soyqırımı xatırladan abidə-qüllənin tikilməsi və gündə bir dəfə həmin qüllədən fəryad səsinin ucaldılması, turistlərin səfərləri zamanı məzarlığın içindəki divarlarda monitorlar vasitəsilə soyqırımla bağlı filmin nümayiş etdirilməsi, məzarlığın həyətində soyqırım muzey binasının tikilməsi, ərazidə kompleks abadlıq işlərinin aparılması, ermənilərin bütün türk dünyasına qarşı törətdiyi cinayətlərlə bağlı saytın hazırlanması və Q. Ağayevin muzey tikintisində institutun eksperti kimi təmsil olunması təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR