Bank Of Baku

Azərbaycanda quş ovuna qoyulmuş qadağanın götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub

Azərbaycanda quş ovuna qoyulmuş qadağanın götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub
# 08 may 2009 16:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində son 3 ildə “quş qripi”nə görə epizootik durumun sabit olmasını, köçəri quşların qışlama mövsümünün başa çatmasını, onların miqrasiya xəttində yerləşən ölkələrdə “quş qripi”nin qeydə alınmamasını, eləcə də ovçuların çoxsaylı müraciətlərini nəzərə alaraq, may ayından noyabr ayına kimi quş ovuna qoyulmuş qadağanın müvəqqəti götürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. DBX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan Respublikası ərazisinə “quş qripi” xəstəliyinin keçməsinin və yayılmasının qarşısının alınmasına dair Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin 2005-2006-cı illər üçün birgə tədbirlər planı”na uyğun olaraq profilaktika işlərinin həyata keçirilməsi və xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə yerli (sinantrop) və köçəri quşların ovlanmasına 2006-cı ildən DBX tərəfindən qoyulmuş qadağa bu günə kimi davam etdirilir.

DBX xatırladır ki, “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün xidmət Dövlət Komissiyasının rəhbərliyi altında, habelə aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirir və bütün məsələlər daimi olaraq nəzarətdə saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR