Bank Of Baku

Respublika Klinik Xəstəxanasının həkim briqadası Masallıda humanitar aksiya keçirib

Respublika Klinik Xəstəxanasının həkim briqadası Masallıda humanitar aksiya keçirib
# 08 may 2009 16:57 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 17 nəfərlik həkim briqadası bu gün Masallıda humanitar aksiya keçirib. APA-nın cənub bürosunun məlumatına görə, aksiya zamanı xəstələrə tibbi yardım göstərməklə yanaşı, ehtiyacı olanlar cərrahiyyə əməliyyatı edilib. Müayinə və müalicə alanlar əsasən imkansız və Böyük Vətən Müharibəsinin iştirakçıları və onların ailə üzvləri olub. Əsasən ürək-damar, böyrək, zob, öd kisəsindən əziyyət çəkən xəstələrə tibbi yardımlar göstərilib. Bir neçə xəstə əməliyyat olunmaq üçün Bakı şəhərinə göndərilib.
Qeyd edək ki, 3 gün davam edəcək aksiyada 200-dən artıq vətəndaşın müayinə və müalicə olunması nəzərdə tutulub. Göstərilən tibbi xidmətlər isə təmənnasız həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR