Bank Of Baku

Həzi Aslanov: “Bütün dünyada narkotiklərlə bağlı cinayətlərdə ildən-ilə artım müşahidə olunur”

Həzi Aslanov: “Bütün dünyada narkotiklərlə bağlı cinayətlərdə ildən-ilə artım müşahidə olunur”
# 09 may 2009 10:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. “Orta Asiyadan Avropaya daşımaçılıq əsasən Azərbaycan vasitəsilə ilə həyata keçirildiyindən narkomafiya qüvvələri trafik üçün bu marşrutdan istifadə edirlər. Hüquq-mühafizə orqanının əməkdaşları ölkə ərazisindən narkotik vasitələrin daşınmasının qarşısının alınması istiqamətində ciddi tədbirlər görürlər”. APA-nın məlumatına görə, bunu Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov bildirib.

İdarə rəisi ölkədə narkotiklərlə mübarizə üzrə xüsusi dövlət komissiyasının fəaliyyət göstərdiyini də deyib. Onun sözlərinə görə, qonşu ölkələrdən sərhəd pozma vasitəsilə Azərbaycan ərazisinə narkotik vasitələrin gətirilməsinin qarşısının alınması istiqamətdə zəruri tədbirlər görülür: “Narkotiklərlə bağlı cinayətlərdə ildən-ilə artım müşahidə olunur. Bu, bütün dünyada belədir. Ancaq biz digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə lazım olan tədbirləri görürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR