Bank Of Baku

“Bakı Ürək Günləri” beynəlxalq konqresi işinə başlayıb

“Bakı Ürək Günləri” beynəlxalq konqresi işinə başlayıb
# 09 may 2009 11:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Ürək Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə bağlı “Bakı Ürək Günləri” mövzusunda beynəlxalq konqres bu gün öz işinə başlayıb. APA-nın məlumatına görə, konqresin açılışında çıxış edən cəmiyyətin sədri Kamran Musayev bildirib ki, tədbir üç gün davam edəcək. Konqresdə 15 ölkədən 70-ə qədər mütəxəssisin iştirak etdiyini deyən K. Musayevin sözlərinə görə, tədbir zamanı ürək-damar cərrahiyyəsi ilə bağlı dünyadakı ən aktual məsələlər müzakirə olunacaq, təcrübə mübadiləsi aparılacaq: “Biz dünya elminin bu sahədə əldə etdiyi ən son nailiyyətləri müzakirə edəcəyik. Bu müzakirələr Azərbaycanda kardiologiya ürək, damar cərrahiyyəsinin inkişafına böyük təsir göstərəcək”.

Səhiyyə nazirini müavini Elsevər Ağayev Azərbaycanın sürətlə inkişaf etdiyini, səhiyyə sisteminin də bu inkişaf tempindən geri qalmadığını bildirib. Onu sözlərinə görə, Azərbaycanda ürək-damar cərrahiyyəsi Heydər Əliyevin adı ilə bağlıdır: “Azərbaycanda ürək-damar cərrahiyyəsinin əsasın 1970-ci ildən qoyulub. Ondan sonrakı dövrdə bu sahədə nailiyyətlər davam edib”. Nazir müavini üç gönlük konfransa uğurlar arzulayıb və bu prosesdə nazirliyin yaxından iştirak etdiyini deyib.

Açılış mərasimində akademik Cəmil Əliyev də çıxış edərək konqresə uğurlar diləyib.

Qeyd edək ki, üç günlük konqresdə Azərbaycanlı mütəxəssislərlə yanaşı xarici ölkələrdən olan həkimlər də məruzə ilə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR