Bank Of Baku

Daxili İşlər Nazirliyində Böyük Vətən müharibəsində qələbənin 64-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Daxili İşlər Nazirliyində Böyük Vətən müharibəsində qələbənin 64-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib
# 10 may 2009 08:30 (UTC +04:00)
Bakı - APA. Daxili İşlər Nazirliyində (DİN) faşizm üzərində qələbənin 64-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə giriş sözü ilə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov bütün tərəqqipərvər bəşəriyyətin faşizm üzərində qələbənin 64-cü ildönümünü böyük təntənə ilə qeyd etdiyini bildirib. Nazir Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra qələbənin ölkəmizdə də təntənəli şəkildə qeyd edildiyini, veteranlara diqqət və qayğının artırıldığını, 9 may Qələbə bayramının müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən bayramlar sırasına daxil olunduğunu vurğulayıb. Prezident İlham Əliyevin də Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğını nəzərə çatdıran R. Usubov bu kateqoriyadan olan insanların problemlərinin həllinin DİN-in də mənəvi borcu olduğunu, bu istiqamətdə nazirliyin rəhbərliyi tərəfindən bir sıra işlər görüldüyünü qeyd edib.

DİN Mərkəzi Aparatı Veteranlar Şurasının sədri Bəylər Hüseynov, habelə Böyük Vətən müharibəsinin iştirakçıları olan polis veteranları çıxış edərək, keçdikləri zəngin döyüş və həyat yolu barədə danışıb, veteranlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirə yekun vuran R. Usubov əlamətdar bayram münasibətilə müharibə veteranlarını və onların ailə üzvlərini təbrik edib. Mərasim iştirakçılarına mövcud kriminogen durum barədə məlumat verən DİN rəhbəri ölkədə əmin-amanlığın, ictimai asayişin qorunması üçün hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü vurğulayıb, sabitliyin dönməzliyinin təmini, cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində müsbət nəticələrin qazanıldığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR