Bank Of Baku

Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivindəki “Heydər zirvəsi”nə yürüş başa çatıb

Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivindəki “Heydər zirvəsi”nə yürüş başa çatıb
# 10 may 2009 09:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının 3 idman klubunun (Salavat, Qərb Universiteti və Ekosport idman klubları) 20 nəfərdən ibarət ekspedisiyasının Heydər Əliyevin 86 illiyi ilə əlaqədar Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüşü başa çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ekspedisiya qrupunun mayın 7-də Bakı şəhərindən başlanan yürüşü mayın 8-də “Heydər zirvəsi”nin yerləşdiyi Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib. Mayın 9-da ekspedisiya qrupu dəniz səviyyəsindən 3751 metr hündürlükdə hökm sürən qarlı hava şəraitinə baxmayaraq, “Heydər zirvəsi”nə qalxmağa nail olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR