Bank Of Baku

Kür çayının Gürcüstandan axan hissəsi ciddi şəkildə çirklənib - FOTOSESSİYA

Kür çayının Gürcüstandan axan hissəsi ciddi şəkildə çirklənib - <font color=red>FOTOSESSİYA</font>
# 12 may 2009 07:58 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Son günlər Kür çayının Gürcüstandan axan hissəsində ciddi çirklənmə müşahidə olunur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, çirklənməni paytaxt Tiflisdə açıq-aydın müşahidə etmək mümkündür. Çayda minlərlə boş plastik “butılka” axır. Dövlət təşkilatları bunu son günlər yağan yağışlarla əlaqələndirirlər. Sahil boyunca yerləşən müxtəlif müəssisələr Kürün suyundan istifadə edir və çirklənmiş suları yenidən Kürə axıdırlar. Məsələn, Rustavi Metallurgiya Zavodu Kürə 153,5 kubmetr çirkab su buraxır. Ümumilikdə Kür çayına Gürcüstan ərazisində 320 min kubmetr tullantı və çirkab su axıdılır. Çayın sahilindəki ağaclar da kəsilir və təbiətin tarazlığı pozulur.

Mənbəyini Ermənistandan götürən Debed çayının suları da son vaxtlar ağ rəngdə axır. Sakinlər bunun Ermənistandakı Alaverdi mis mədəninin suya axıtdığı çirkab suların nəticəsi olduğunu bildirir. Bu çayın suyundan isə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun kəndləri də istifadə edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR