Bank Of Baku

Bu ilin ilk rübündən Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən 288 müraciət daxil olub

Bu ilin ilk rübündən Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən 288 müraciət daxil olub
# 12 may 2009 08:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi (DSMF) Aparatının beynəlxalq əlaqələr sektoruna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən 288 müraciət daxil olub. Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev APA-ya bildirib ki, onların arasında MDB-dən daxil olan müraciətlər üstünlük təşkil edib. Hesabat dövründə MDB ölkələrindən 254 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsi ilə bağlı olub. Müraciətlərin sayına görə ikinci yeri Türkiyə tutur, bu ölkədən DSMF-ə 34 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR