Bank Of Baku

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gözlənilir, yağış yağacaq

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti gözlənilir, yağış yağacaq
# 12 may 2009 09:15 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mayın 12-dən 13-ə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Mayın 13-də hava əsasən yağmursuz keçəcək, şimal küləyi əsəcək, gündüz arabir nisbətən güclənəcək.

Şimal küləyinin əsməsi ilə əlaqədar temperatur nisbətən düşəcək. Havanın temperaturu gecə 10-14, gündüz 21-25 dərəcə isti olacaq. Mayın 14-də cənub küləyi əsəcək, gündüz arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 11-14, gündüz 23-27 dərəcə isti olacaq. Mayın 15-də yenidən şimal-qərb küləyi əsəcək, gündüz arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 12-15, gündüz 23-26 dərəcə isti olacaq.

Yaxın günlər ərzində gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 13-18 dərəcə, mayın 14 və 15-də gecə 11-16, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 14-19 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR