Bank Of Baku

QHT-lər “Sülh və Tərəqqi Naminə Dialoq” adlı konsorsium yaradıblar

QHT-lər “Sülh və Tərəqqi Naminə Dialoq” adlı konsorsium yaradıblar
# 12 may 2009 09:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycanın bir neçə qeyri – hökumət təşkilatı “Sülh və Tərəqqi Naminə Dialoq” adlı konsorsium yaradıb. APA-nın məlumatına görə, qurumun təsisçiləri bu gün mətbuat konfransı keçirib. Konsorsiumun icraçı direktoru Azər Allahverənov bildirib ki, uzun müddətdir ki, cəmiyyətdə dialoqla bağlı təkliflər irəli sürülsə də, bunun heç bir real nəticəsi yoxdur, Heç bir siyasi və ictimai təşkilatın dialoq konsepsiyası üzərində konkret iş görmədiyini bildirən direktor yaradılan konsorsiumun təkcə Azərbaycanda deyil, Cənubi Qafqazda və Avrasiya məkanında dialoq mühitinin yaradılması üçün çalışacağını vurğulayıb. O, konsorsiumun öz missiyasını həyata keçirməsi üçün iş planı hazırladığını, iş bölgüsünün aparıldığını və işçi qruplarını yaradılacağını qeyd edib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə isə cəmiyyətdə neqativ hallar kifayət qədər artdığından insanlar arasında ünsiyyət də yoxdur: “Dialoqun olması tərəflər arasında barışıq yaradar, bir sox ümumi problemlərin həlinə yardımçı olar”. N. Cəfəroğlu qeyd edib ki, Konsorsiumun əsas vəzifələrindən biri vətəndaşların bir-birinə normal yanaşmasını təmin etməkdir.

Qeyd edək ki, konsorsiumda Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti, Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Cəmiyyətinin Azərbaycan Milli Bölməsi, “Həyat” Beynəlxalq Humanitar Təşkilatı, “3-rd view” İnformasiya Analitik Agentliyi, “Məcburi Köçkünlər” İctimai Birliyi, Humanitar Tədqiqatlar Cəmiyyəti, Avrasiya Vətəndaş Təşəbbüsləri Platforması təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR