Bank Of Baku

Azərbaycan Bişkekdə Qırğızıstan hökuməti və UNİCEF-in dəstəyi ilə keçirilən “Uşaqların müdafiəsi forumu”nda iştirak edir

Azərbaycan Bişkekdə Qırğızıstan hökuməti və UNİCEF-in dəstəyi ilə  keçirilən “Uşaqların müdafiəsi forumu”nda iştirak edir
# 12 may 2009 09:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Bişkekdə Qırğızıstan hökuməti və UNİCEF-in dəstəyi ilə “Uşaqların müdafiəsi forumu” işə başlayıb. UNİCEF-in ölkəmizin nümayəndəliyindən APA-ya verilən məlumata görə, mayın 14-də yekunlaşacaq tədbir Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkiyə, Özbəkistan və Türkmənistandan olan nazirlər və yüksək rütbəli hökumət rəsmiləri səviyyəsində təşkil olunur. Forumda uşaqların müdafiəsi ilə bağlı islahatlarda əldə edilən irəliləyişlər müzakirə ediləcək. Azərbaycanı forumda Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları təmsil edəcək. Azərbaycan hökumətinin nümayəndələri forumda təqdimatla çıxış edəcəklər. Nümayəndə heyəti Bakıya qayıtdıqdan sonra mətbuat konfransı keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR