Bank Of Baku

Naxçıvanda “Əqli mülkiyyət və ənənəvi biliklər” mövzusunda beynəlxalq simpozium keçirilir

Naxçıvanda “Əqli mülkiyyət və ənənəvi biliklər” mövzusunda beynəlxalq simpozium keçirilir
# 12 may 2009 10:42 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan şəhərində “Əqli mülkiyyət və ənənəvi biliklər” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb. APA-nın yerli bürosunun məlumatına görə, 16 ölkədən nümayəndə heyətinin qatıldığı simpozium Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə keçirilir. Tədbirin açılış mərasimində çıxış edən Avrasiya Patent Təşkilatının nümayəndəsi Aleksandr Qriqoryev bu gün dünyada əqli mülkiyyətin qorunması işinə ciddi diqqət yetirildiyini bildirərək simpoziumun uğurla nəticələnəcəyinə, təşkilata üzv ölkələrin burada əldə olunan nəticələrdən yararlana biləcəyinə əminliyini bildirib.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patent şöbəsinin müdiri Miryaqub Seyidov bu gün əqli mülkiyyətin qorunması və mühafizə olunması istiqamətində qanunvericilik bazasının yaradılmasının labüd olduğunu vurğulayaraq Naxçıvanda təşkil olunan simpoziumun ənənəvi biliklərin mühafizəsi mexanizminin formalaşmasına öz müsbət təsirini göstərəcəyini qeyd edib. Sonra yerli və əcnəbi mütəxəssislər tərəfindən «Əqli mülkiyyət və ənənəvi biliklər: strategiya və hüquqi mübahisələrin icmalı», «Əqli mülkiyyət və ənənəvi biliklər: Milli təcrübə» mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, bu gün nümayəndə heyəti “Cahan” MMC-nin çay paketləmə sexi və “Duzdağ” Fizioterapiya Mərkəzi ilə tanış olacaqlar. Simpozium 3 gün davam edəcək. Konfrans çərçivəsində işçi qruplarının yaradılması, nəticələrlə bağlı “Naxçıvan bəyannaməsi”nin hazırlanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR