Bank Of Baku

Dövlət orqanlarında 663 vakant yerin tutulması üçün elan olunmuş müsabiqənin müsahibə mərhələsi başlayıb

Dövlət orqanlarında 663 vakant yerin tutulması üçün elan olunmuş müsabiqənin müsahibə mərhələsi başlayıb
# 12 may 2009 11:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 29 dövlət orqanında 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün martın 6-da elan etdiyi müsabiqənin müsahibə mərhələsi başlayıb. Komissiyadan APA-ya verilən məlumata görə, bu mərhələ iyulun 21-dək davam edəcək. Müsahibə mərhələsində namizədlərin əldə etdikləri nəticələr (həm dövlət orqanları, həm də vakant vəzifələr üzrə) və digər statistik məlumatlar gündəlik olaraq komissiyanın rəsmi internet saytında yerləşdiriləcək. Eyni zamanda hər namizədə müsahibə nəticəsində müvafiq dövlət qulluğu vəzifəsinə uyğun olub-olmadığı barədə SMS-lə məlumat göndəriləcək. Müsabiqədə iştirak üçün 2862 (652-si qadın, 2210-u kişi) namizəd qeydə alınıb. Müsabiqənin test imtahanı mərhələsi aprelin 25-də keçirilib. Bu mərhələdə 539 namizəd (18,83%) uğur qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR