Bank Of Baku

BMT baş katibi Beynəlxalq Ailə Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib

BMT baş katibi Beynəlxalq Ailə Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib
# 12 may 2009 11:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. BMT-nin baş katibi Pan Gi Mun 15 may - Beynəlxalq Ailə Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə bildirilir ki, bu il “Analar və ailələr: Dəyişməkdə olan dünyanın problemləri” mövzusunda qeyd olunan Beynəlxalq Ailə Günü münasibətilə bütün dünyada anaların ailə və cəmiyyət həyatında vacib rolu önə çəkiləcək: “Ana-övlad münasibəti uşağın sağlam inkişafı üçün həyati əhəmiyyət kəsb edir. Eyni zamanda analar yalnız qayğı göstərməklə kifayətlənmir, onlar həm də öz ailələrini təmin edirlər. Uşaq dünyaya gətirilməsi inkişaf etməkdə olan ölkələrdə bir çox qadının həyatını təhlükə altında qoyur. Ana sağlamlığının yaxşılaşdırılması ən az irəliləyiş əldə edilmiş Minilliyin İnkişaf Məqsədidir”.

Baş katib bildirib ki, inkişaf etmiş ölkələrlə müqayisədə ən az inkişaf etmiş ölkələrdə qadınların doğuş və hamiləliklə əlaqədar ağırlaşmalardan vəfat etmə ehtimalı 300 dəfə çoxdur. Buna görə də səhiyyə sistemində ailə planlaşdırılması xidmətləri, doğuşlarda peşəkar tibb işçilərinin iştirakı, təcili mamalıq xidmətlərinin təmin olunması daha təhlükəsiz edilməlidir. Pan Gi Mun bütün ölkələr üçün əsas prioritetin qadınlara qarşı zorakılığın qarşısını almaq və ona son qoymaq olduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR