Bank Of Baku

Azərbaycanda Tələbə Gənclər Təşkilatları İttifaqı yaradılacaq

Azərbaycanda Tələbə Gənclər Təşkilatları İttifaqı yaradılacaq
# 12 may 2009 13:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gələn ay Azərbaycanda Tələbə Gənclər Təşkilatları İttifaqı yaradılacaq. APA-nın məlumatına görə, bunu Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin ictimai siyasi təşkilatlarla iş sektorunun müdiri Tahir Süleymanov deyib. O bildirib ki, hazırda ölkədə 170-dən çox qeydiyyatdan keçmiş gənclər təşkilatı fəaliyyət göstərir: “İnanıram ki, Tələbə Gənclər Təşkilatları İttifaqı onların arasında ən çoxsaylısı və ən fəalı olacaq”.

Gənclər və İdman Nazirliyinin tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov isə son 3 il ərzində tələbə-gənclər təşkilatlarının fəaliyyətinə 650 milyon manatdan çox vəsait xərcləndiyini açıqlayıb. Xərclənən vəsaitin daha çox tələbə-gənclərin xarici ölkələrdə keçirilən yarışmalarda, simpoziumlarda iştirakına sərf olunduğunu söyləyən E. Hüseynov tələbələri ali təhsil müəssisələrində aparılan islahatlarda yaxından iştirak etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR