Bank Of Baku

“Əlifba” dərsliyinin müəllifi Yəhya Kərimovun 82 yaşı qeyd edilib

“Əlifba” dərsliyinin müəllifi Yəhya Kərimovun 82 yaşı qeyd edilib
# 12 may 2009 14:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Təhsil Nazirliyində Azərbaycanın əməkdar müəllimi, prezidentin fəxri təqaüdçüsü Yəhya Kərimovun 82 yaşının tamam olması münasibəti ilə yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan təhsilinin ən fədakar nümayəndələrindən biri olan, bütün həyatını təhsilinin inkişafına həsr etmiş Y. Kərimov 45 il “Əlifba” dərsliyinin müəllifi olub: Onun qələmindən çıxan “Əlifba” dərsliyi 45 ildir ki, azərbaycanlı balalarına xidmət göstərir. 45 il ərzində hər il orta hesabla 150 min Azərbaycan şagirdi Yəhya Kərimovun hazırladığı “Əlifba” kitabından Azərbaycan əlifbasını öyrənib”.
M. Mərdanov deyib ki, Y. Kərimov müəllimliklə yanaşı, həm də çox tanınmış alimlərdəndir: “O, hazırda elmi tədqiqatla da məşğul olur. Yəhya Kərimov həyatının bütün hissəsini uşaq bağçasından tutmuş ali məktəbədək olan dövrü əhatə edən təhsilə həsr edib. O, 8-ci sinifdən hər gün gündəlik yazır. Bu gündəlik qələmə alınanda Azərbaycan tarixinin bir hissəsini görəcəyik”.
Tədbirin keçirilməsinə görə təşəkkür edən Y. Kərimov isə əməyinin itməyəcəyini həmişə inandığını söyləyib: “Bütün gənclər bilməlidir ki, əmək itmir. Gənclərə məsləhətim odur ki, gecə-gündüz təmənnasız işləsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR