Bank Of Baku

Bu gündən “Ən yaxşı müəllim” müsabiqəsinin yekun mərhələsinin seçim turuna başlanılıb

Bu gündən “Ən yaxşı müəllim” müsabiqəsinin yekun mərhələsinin seçim turuna başlanılıb
# 12 may 2009 15:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gündən Təhsil Nazirliyində ölkə prezidentinin sərəncamına əsasən keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin yekun mərhələsinin seçim turuna başlanılıb. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, hazırda 23 nəfərdən ibarət komissiya müəllimlərin işinə qiymət verir. Müəllimlər onlar üçün ayrılmış 10 dəqiqə ərzində fəaliyyətləri barədə məlumat verirlər. Müsabiqənin yekun nəticələri iyunun əvvəlində açıqlanacaq.
M. Mərdanov hazırda buraxılış sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada test imtahanlarının keçirilməsinə hazırlıq işlərinin aparıldığını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR