Bank Of Baku

Bakı Polis Qarnizonunun şəxsi heyəti talassemiyalı xəstələr üçün qan vermə aksiyası keçirir

Bakı Polis Qarnizonunun şəxsi heyəti talassemiyalı xəstələr üçün qan vermə aksiyası keçirir
# 12 may 2009 15:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı Polis Qarnizonunun şəxsi heyəti talassemiyalı xəstələr üçün qan vermə aksiyası keçirir. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, prezident İlham Əliyev tərəfindən 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə “Talassemiyalı və hemofiliyalı uşaqlara qayğı”, “Talassemiyasız həyat” adı altında dövlət lahiyələri həyata keçirilir. Respublikanın bir çox təşkilatları, ayrı-ayrı vətəndaşlar kimi, cəmiyyətin fəal üzvü olan polis əməkdaşları da bu tədbirlərdə yaxından iştirak edirlər. Bu gün Suraxanı rayon Polis İdarəsinin şəxsi heyəti də qanvermədə iştirak edib. Qanvermə aksiyasının bütün Bakı Polis Qarnizonu üzrə həyata keçiriləcəyini bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR