Bank Of Baku

Azərbaycan vətəndaşları üçün Rusiya ali məktəblərinə sənəd qəbulu başa çatıb

Azərbaycan vətəndaşları üçün Rusiya ali məktəblərinə sənəd qəbulu başa çatıb
# 13 may 2009 09:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda, eləcə də həmin ölkənin digər ali məktəblərində Azərbaycan vətəndaşlarının təhsil alması üçün ayrılmış plan yerlərinə sənəd qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən abituriyentlər 2009-cu il mayın 4-dən 12-dək TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçiblər.

Bu müddətdə RF ali məktəblərinə 98 abituriyent sənəd verib. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 13-14-də TQDK-dan almalıdırlar.
Test imtahanı 2009-cu il mayın 15-də 225 saylı orta məktəbin binasında keçiriləcək.

Test imtahanı nəticəsində müsabiqə şərtini ödəyən abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə isə 2009-cu il mayın 16-da keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR