Bank Of Baku

Bu ilin dörd ayı ərzində Azərbaycanda 190-a yaxın şəxs qidadan zəhərlənib

Bu  ilin dörd ayı ərzində Azərbaycanda 190-a yaxın şəxs qidadan zəhərlənib
# 13 may 2009 11:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin dörd ayı ərzində Azərbaycanda 190-a yaxın şəxs qidadan zəhərlənib, onlardan biri dünyasını dəyişib. Bu barədə APA-ya məlumat verən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib ki, qida zəhərlənməsi əsasən, mikroblarım orqanizmə qida vasitəsilə daxil olması nəticəsində baş verir. Onun sözlərinə görə, zəhərlənmələr ev şəraitində hazırlanmış yeməklərin düzgün saxlanılmaması səbəbindən baş verib. Zəhərlənmələri əksəriyyəti isə ev şəraitində hazırlanmış turşulardan yaranıb. Bu il Ağcabədi rayonunda əslən Laçın rayonundan olan bir köçkün pomidor turşusunu yedikdən sonra dünyasını dəyişib. Zəhərlənmələrin baş vermə səbəbini əsasən, tutmaların hazırlanması texnologiyasına düzgün riayət edilməməsi ilə əlaqələndirən İ. Abdullayev bildirib ki, yay yaxınlaşdıqca ərzaq məhsullarının soyuq şəraitdə saxlanılması rejiminə düzgün riayət etmək lazımdır: “Yayda ərzaqlar çirklənməyə daha çox məruz qalır. Ona görə də yay yaxınlaşdıqca bu səbəbdən zəhərlənmələr arta bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR