Bank Of Baku

Azərbaycan Dövlət İqtisad Universitetində IV məzun yarmarkası keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində IV məzun yarmarkası keçiriləcək
# 13 may 2009 11:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mayın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 28 may-Respublika Gününə həsr olunmuş IV məzun yarmarkası keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarmarkada 80-dən yuxarı holdinq, şirkət və bank 700-ə yaxın vakansiya təqdim edəcək. Yarmarkada bütün ali təhsil müəssisələrinin məzunları iştirak edə bilər. Məzun yarmarkasında iştirak etmək istəyən gənclər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Nazirlikdən bildirilib ki, gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə belə yarmarkalar ADİU-da 2006-cı ildən keçirilir. 2006-ci ildə gerçəkləşdirilmiş məzun yarmarkasında 143, 2007-ci ildə 300, 2008-ci ildə 500 nəfərdən cox gənc işlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR