Bank Of Baku

Marneulidə "İçtimai-siyasi Mərkəz" ofisinin açılış mərasimi olub

Marneulidə "İçtimai-siyasi Mərkəz" ofisinin açılış mərasimi olub
# 13 may 2009 12:15 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Marneuli şəhərində "İçtimai-siyasi Mərkəz" adlı yeni ofisin açılış mərasimi olub. APA-nın xəbərinə görə, açılış mərasimində Gürcüstan reinteqrasiya məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşlarından Zaira Musayeva, Savalan Mirzəyev, Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusifov, Marneuli Rayon İcra Hakimiyyəti başçısının müavini Heydər Musayev və müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Marneuli şəhərində yaşayan soydaşımız Səbinə Talıbova mərkəzin regional koordinatoru təyin olunub.
Yeni açılan ofisdə Gürcüstan Strateji və Beynəlxalq tədqiqatlar Fondunun prezidenti Aleksandra Rondeli "Rusiya-Gürcüstan müharibəsi: səbəblər, nəticələr, perspektivlər", Vladimir Papava "Gürcüstan iqtisadiyyatının genişləndirilməsində əsas ənənələr və problemlər" mövzusunda mühazirələr oxuyublar.
Mərkəzin yeni təyin olunmuş koordinatoru Səbinə Talıbova APA-ya bildirib ki, "İçtimai-siyasi Mərkəz" layihəsi Şvetsiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keзirilir. Layihə 2 il davam edəcək. Bu layihə Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun və İpək yolu Proqramını öyrənən Orta Asiya və Qafqaz İnstitutunun birgə hazırladıqları "Milli azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiya" layihəsi зərзivəsində həyata keзirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR