Bank Of Baku

Rusiyada 500 min azərbaycanlı əmək miqrantı var

Rusiyada 500 min azərbaycanlı əmək miqrantı var
# 13 may 2009 12:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyada Azərbaycandan olan miqrantların sayı 500 min nəfərdir. APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovski Federal Şuranın plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, Rusiyaya ən çox Ukraynadan əmək miqrantları gəlir, onların sayı 3,6 milyon nəfərdir.
Özbəkistandan olan əmək miqrantaların sayı 2 milyon, Moldovadan 800 min, Azərbaycan və Qırğızıstanın hər birindən 500 min, Ermənistandan isə 400 min nəfər təşkil edir.

K. Romodanovskinin sözlərinə görə, Almaniya və Koreya Xalq Respublikasından Rusiyaya 400 min, ABŞ-dan isə 175 min miqrant gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR