Bank Of Baku

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki tibb bacısı Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara hərəkatının ən yüksək mükafatına layiq görülüb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  iki  tibb bacısı  Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara hərəkatının ən yüksək mükafatına layiq görülüb
# 13 may 2009 15:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) iki tibb bacısı Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara hərəkatının ən yüksək mükafatına - “Florens Naytingeyl” medalına layiq görülüb. Bu barədə APA-ya AQAC-ın mətbuat xidmətindən məlumat verilib. Cəmiyyətin tibb bacıları Gültəkin Qafarova-Əsgərzadə və Umleyla Aslanova bu mükafata Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) “Florens Naytingeyl” medalının 42-ci təltif etmə mərasimində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının təbliğində xüsusi fəallığına, AQAC-ın fəaliyyətində və zəif təbəqədən olan insanlara tibbi-sosial qayğı göstərilməsində, eləcə də Azərbaycanda səhiyyə-maarifi işinin təşkilində, qan donorluğunun inkişafında uzun müddətli səmərəli xidmətlərinə görə layiq görülüblər. Qeyd edək ki, bundan əvvəl 1979, 1983, 2005, 2007-ci illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səkkiz tibb bacısı “Florens Naytingeyl” medalına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR