Bank Of Baku

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
# 14 may 2009 06:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mayın I ongünlüyü üçün növbəti monitorinq keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, may ayının I ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının III ongünlüyünə nisbətən 315 m3/san artaraq 566 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenolların 3, mis birləşmələrinin 2, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələrinin 2, Ağstafaçay su anbarında fenolların 2, mis birləşmələrinin isə 3 dəfə yol verilən qatılıq həddini keçdiyi məlum olub. Biogen maddələrdən ammonium və nitrit ionları YVQH-ni dəfələrlə keçib.

Aparılan monitorinqin nəticələrinə görə Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi 115 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 3, I Şahsevən məntəqəsində mis birləşmələri və fenollar 3, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 3, fenollar isə 2 dəfə YVQH keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.17-5.81 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR