Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda orta aylıq əmək haqqı 33% artıb

Azərbaycanın nəqliyyat sektorunda orta aylıq əmək haqqı 33% artıb
# 14 may 2009 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın nəqliyyat müəssisələrində çalışan muzdlu işçilərin sayı 2009-cu ilin birinci rübün yekunlarına görə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 min nəfər və ya 2% artaraq 70,7 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumatına görə, onların 83,9%-i dövlət müəssisələrində, 16,1%-i isə özəl sektorda çalışır.

İşçilərin 60,7%-i quru yol, 13,5%-i su, 12,3%-i hava nəqliyyatı və 13,5%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə çalışır.

Nəqliyyat sahəsində orta aylıq əmək haqqı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 33,4% artaraq 358,3 manata çatıb. Orta aylıq əmək haqqı hava nəqliyyatında 736,6 manat, dəniz nəqliyyatında 499 manat, avtomobil nəqliyyatında 328,5 manat, dəmir yolu nəqliyyatında isə 196 manata bərabər olub. Əmək haqqının artımı hava nəqliyyatında 8,1%, dəniz nəqliyyatında 19,8%, avtomobil nəqliyyatında 16,5%, dəmir yolu nəqliyyatında isə 36,1% səviyyəsində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR