Bank Of Baku

“Vətəndaşlıq məsələləri və vətəndaşsızlıq hallarının qarşısının alınması” mövzusunda seminar keçirilir

“Vətəndaşlıq məsələləri və vətəndaşsızlıq hallarının qarşısının alınması” mövzusunda  seminar keçirilir
# 14 may 2009 08:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakıda “Vətəndaşlıq məsələləri və vətəndaşsızlıq hallarının qarşısının alınması” mövzusunda iki günlük seminar başlayıb. APA-nın məlumatına görə, seminar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Avropa Şurasının Bakı ofisi tərəfindən təşkil edilib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Arun Sala-Nqarm deyib ki, vətəndaşsızlıq problemi Azərbaycanda qlobal xarakterə malik deyil, Azərbaycan bu sahədə çox vacib addımlar atıb. O xatırladıb ki, Azərbaycan Ermənistandan gələn 250 min azərbaycanlını, Mərkəzi Asiyadan gələn 50 min Ahıska türkünü və İrandan gələn 7 min nəfəri qəbul edərək onlara qaçqın statusu verib. AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek isə bildirib ki, vətəndaşlıq əldə etmək hüququ digər hüquqlara çıxış üçün bir qapıdır. Nazirlər Kabinetinin Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində insanların hüquqların pozulması barədə danışıb. O bəyan edib ki, Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğalı nəticəsində 700 min nəfər öz ölkəsində məcburi köçkün vəziyyətində yaşayır. Q. Sadıqov işğal sona yetdikdən sonra beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük ehtiyac olacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR