Bank Of Baku

“Ailə və nikah münasibətlərində qadın hüquqları” mövzusunda dəyirmi masa keçirilib

“Ailə və nikah münasibətlərində qadın hüquqları” mövzusunda dəyirmi masa keçirilib
# 14 may 2009 09:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Dövlət İdarəetmə Akademiyasında İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə “Ailə və nikah münasibətlərində qadın hüquqları” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatı görə, Lider Qadınlar və Demokratik İnkişaf İnstitutu İctimai Birlikləri tərəfindən keçirilən dəyirmi masanın məqsədi Ailə Məcəlləsini qadın hüquqları baxımdan təhlil etmək və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməkdir. Dəyirmi masada çıxış edən akademiyanın rektoru Seyfəddin Qəndilov bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə insan və qadın hüquq və azadlıqlarının qorunması ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib. İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə Cənubi Qafqazda insan hüquqları ilə bağlı layihələrin həyata keçirildiyini deyən S. Qəndilov bildirib ki, layihələr çərçivəsində keçirilən treninqlərdə Azərbaycan və Gürcüstandan olan gənc dövlət məmurları iştirak edib. Lider Qadınlar İctimai Birliyinin sədri Məlahət İbrahimqızı isə bildirib ki, 1999-cu ildə Azərbaycanda Ailə Məcəlləsi qəbul edilsə də, bu məcəllədə bəzi boşluqların olması cəmiyyətdə müxtəlif problemlərə yol açır. Ona görə də qanunvericiliyin təkmilləşdirilməsi üçün müzakirələrin aparılması vacibdir. Demokratik İnkişaf İnstitutu İctimai Birliyinin sədri Gültəkin Hacıbəyli isə bildirib ki, millət vəkillərinə edilən müraciətlərin əksəriyyəti dağılan ailələr, qadınların və uşaqların kimsəsiz qalması, ev bölgüsündə yaşanan problemlərlə bağlıdır.
G. Hacıbəylinin sözlərinə görə, qadın və uşaqlarının hüquqlarının qorunması ilə bağlı əməli addımlar atılmalı və hüquqi mexanizmlər yaradılmalıdır.
Vəkil Aslan İsmayılov qeyd edib ki, mövcud qanunvericiliyə əsasən yeni evlənənlər nikah müqaviləsini sərbəst şəkildə bağlaya bilərlər. Qadınların sonradan üzləşdikləri problemlərin qarşısını almaq üçün vəkil qanunvericiliyə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburi qaydada tətbiqini təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR