Bank Of Baku

ETSN: Quş ovunun bərpası barədə qərar “quş qripi” xəstəliyinin qarşısının alınması ilə əlaqədar yaradılmış Dövlət Komissiyası tərəfindən verilə bilər

ETSN: Quş ovunun bərpası barədə qərar “quş qripi” xəstəliyinin qarşısının alınması ilə əlaqədar yaradılmış Dövlət Komissiyası tərəfindən verilə bilər
# 14 may 2009 09:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Quş qripi” xəstəliyinin yayılmasına səbəb ola biləcək quş ovunun bərpası barədə qərar yalnız ölkə prezidentinin 2006-cı il 16 fevral tarixli sərəncamı ilə yaradılan “Azərbaycan Respublikası ərazisində “quş qripi” xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsinə dair Dövlət Komissiyası” tərəfindən qəbul oluna bilər. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkədə epizootik durumun sabit olması səbəbindən müvəqqəti olaraq, sinantrop və köçəri quşların ovuna qoyulmuş qadağanın götürülməsi üçün ETSN-ə müraciət olunduğu barədə məlumat yayılsa da, onlara bu günədək belə məzmunlu müraciət daxil olmayıb.

Nazirlikdən o da əlavə edilib ki, “Ovçuluq haqqında” qanunun 16.1 maddəsinə əsasən, Azərbaycan ərazisində ov mövsümünün başlanmasını və müddətini ETSN müəyyən edir. Həmçinin, epizootik durumun sabit olduğu dövrlərdə də quşların balalama dövrü nəzərə alınaraq, fevraldan avqustun sonunadək heç bir quş növünün ovuna icazə verilmir.

Qeyd edək ki, DBX ölkə ərazisində son 3 ildə “quş qripi”nə görə epizootik durumun sabit olmasını, köçəri quşların qışlama mövsümünün başa çatmasını, onların miqrasiya xəttində yerləşən ölkələrdə “quş qripi”nin qeydə alınmamasını, eləcə də ovçuların çoxsaylı müraciətlərini nəzərə alaraq, may ayından noyabr ayına kimi quş ovuna qoyulmuş qadağanın müvəqqəti götürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdiyini bildirib.

“Quş qripi” xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə yerli (sinantrop) və köçəri quşların ovlanmasına DBX tərəfindən 2006-cı ildən qoyulmuş qadağa bu günə kimi davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR