Bank Of Baku

Azərbaycanda əmək yarmarkaları bərpa olunur

Azərbaycanda əmək yarmarkaları bərpa olunur
# 14 may 2009 09:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi mayın 29-dan ölkə ərazisində əmək yarmarkaların keçirilməsinə başlayacaq. İdarədən APA-ya verilən məlumata görə, ilk yarmarka Neftçala şəhərində təşkil olunacaq. Yarmarkaların bütün rayon və şəhər mərkəzlərində keçirilməsi nəzərdə tutulur. İyun ayı ərzində 10-a yaxın əmək yarmarkasının keçirilməsi planlaşdırılır. Yarmarkaların təşkili yaxın bir neçə ay ərzində davam edəcək.

Qeyd edək ki, hazırda respublikanın məşğulluq xidməti orqanlarında 45 minə yaxın işsiz qeydiyyatdadır. Rəsmi və qeyri-rəsmi məlumatlar əsasında ölkə əhalisinin 6,1-6,2 işsiz olduğu təxmin edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR