Bank Of Baku

Ali məktəblərin tələbə-məzunları üçün əmək yarmarkası keçiriləcək

Ali məktəblərin tələbə-məzunları üçün əmək yarmarkası keçiriləcək
# 14 may 2009 10:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi mayın 19-da Qafqaz Universitetində tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı tədbirlərin keçirilməsinə başlayacaq. İdarənin rəis müavini Şahbaz Xələfov APA-ya bildirib ki, tədbirin keçirilməsində məqsəd tələbə və məzunları işlə təmin etmək, onları ixtisasları üzrə işlə, eyni zamanda işəgötürənlərin gələcək kadrlarla tanış etməkdir. Növbəti belə yarmarka isə mayın 27-də Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə-məzunları üçün keçiriləcək. Yarmarka Azərbaycan Texniki Universitetində təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR