Bank Of Baku

Mehriban Əliyeva Parisdə keçirilən YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısında iştirak edir

Mehriban Əliyeva Parisdə keçirilən YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısında iştirak edir
# 14 may 2009 11:29 (UTC +04:00)
Bakı. Laçın Sulotanova-APA. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə keçirilən YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısında iştirak edir. APA-nın «İTAR-TASS»a istinadən məlumatına görə, görüş bu gün YUNESKO-nun qərargahında başlanıb. Görüşdə qlobal böhran zamanı mədəniyyət, elm və təhsilin qarşılaşdığı problemlər, postmünaqişə zonalarında və təbii kataklizmlərdən əziyyət çəkən ərazilərdə təşkilatın fəaliyyətinin aktivləşməsi məsələləri müzakirə olunur. Tədbirdə fransalı astronavt Patrik Bodri, «İTAR-TASS»ın baş direktoru Vitali İqnatenko, hindistanlı yazıçı, Asiya Fondunun prezidenti Madanjit Sinqx və digər ictimai və mədəniyyət xadimləri iştirak edirlər. Hazırda YUNESKO-nun 40-a yaxın xoşməramlı səfiri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR