Bank Of Baku

Fövqəladə Hallar Nazirliyinin Bakı Yanğın-Texniki Məktəbinə sənəd qəbulu başlayıb

Fövqəladə Hallar Nazirliyinin Bakı Yanğın-Texniki Məktəbinə sənəd qəbulu başlayıb
# 14 may 2009 11:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından-Mühafizə Xidməti Bakı Yanğın–Texniki Məktəbi 2009-2010-cu tədris ili üçün müdavim qəbulu elan edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, sənəd qəbulu mayın 20-dək davam edəcək. Bakı Yanğın-Texniki Məktəbinə 2008-2009-cu tədris ilində orta məktəbi bitirəcək, fiziki cəhətdən sağlam, boyu, ən azı 165 sm olan çağırış yaşınadək oğlanlar qəbul edilir. Bu məktəbə qəbul olmaq istəyən abituriyentlər FHN-nin xüsusi həkim ekspertiza, fiziki hazırlıq və seçmə komissiyalarından keçməlidirlər. Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlər test imtahanlarına buraxılacaq. Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçiriləcək. Qəbul imtahanları və tədris yalnız Azərbaycan dilində aparılacaq. Məktəbdə təhsil müddəti 2 il 10 aydır. Məzunlara «Yanğın təhlükəsizliyi texniki» ixtisası və «daxili xidmət leytenantı» xüsusi rütbəsi verilir. Məktəbi bitirdikdən sonra məzunlar Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq işlə təmin olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR