Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
# 14 may 2009 12:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Yaxın üç gün ərzində ölkə ərazisində sabit hava şəraiti müşahidə ediləcək, mayın 17-də cənub küləyinin əsməsi ilə əlaqədar havanın temperaturu bir qədər yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, yaxın üç gün ərzində Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Mayın 15-16-da şimal-qərb küləyi əsəcək, 17-də cənub küləyinə keçəcək. Mayın 15-16-da havanın temperaturu gecə 11-15, gündüz 21-25, mayın 17-də gecə 12-15, gündüz 23-27 dərəcə isti qeydə alınacaq.

Azərbaycanın rayonlarında mayın 15-də hava əsasən yağmursuz keçəcək, cənub rayonlarında qısamüddətli az yağış yağacağı gözlənilir. Mayın 16-17-də hava əsasən yağmursuz keçəcək, amma 16-da axşam, 17-də gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli az yağış yağacaq. Yaxın üç gün ərzində rayonlarda havanın temperaturu gecə 10-15, gündüz 23-28, bəzi yerlərdə 30 dərəcə isti olacaq.

A. Verdiyev qeyd edib ki, bu il dağlarda az qar toplandığı üçün çaylardan daşqınların keçmə ehtimalı yoxdur. Yalnız güclü, intensiv yağışlar yağarsa, daşqınlar baş verə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR