Bank Of Baku

Mingəçevirdə bütün mənzillər kartla işləyən elektrik sayğacları ilə təmin olunub

Mingəçevirdə bütün mənzillər kartla işləyən elektrik sayğacları ilə təmin olunub
# 14 may 2009 15:04 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Mingəçevir şəhərinin yaşayış mənzillərində kartla işləyən elektrik sayğaclarının quraşdırılması prosesi başa çatdırılıb. Şəhər İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən xəbərə görə, Mingəçevirdə öncə ödəmə prinsipi ilə işləyən yeni elektrik sayğaclarının quraşdırılmasına ötən ilin əvvəlindən başlanılıb və bu günədək ümumilikdə 26 min 990 abonent kartla işləyən sayğacla təmin olunub. Şəhərin bütün mənzillərində yeni sayğaclar quraşdırılıb və hazırda idarə, müəssisə və təşkilatlarda bu işlər davam etdirilir. Ötən müddət ərzində Mingəçevirin küçələrindəki çılpaq elektrik naqilləri, hörümçək torunu xatırladan kabel şəbəkəsi ləğv olunaraq yüksək texnologiyalı və müasir tipli kabellərlə əvəz olunub. Yeraltı və yerüstü kabellərlə yanaşı elektrik dirəkləri, transformatorlar dəyişdirilib və ya əsaslı təmir olunub. Ümumilikdə 2895 ədəd yeni elektrik dirəyi və 160 kilometr uzunluğunda yerüstü sip kabel quraşdırılıb. 140 ədəd transformator, 150 kilometrdən artıq yeraltı kabel təmir olunub. Sayğacların quraşdırılmasını "İnterenerji" MMC-nin tikinti-quraşdırma sahəsinin mütəxəssisləri həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR