Bank Of Baku

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində texniki əmək müfəttişlərinin iştirakı ilə seminar-müşavirə keçirilir

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində  texniki əmək müfəttişlərinin iştirakı ilə  seminar-müşavirə keçirilir
# 14 may 2009 15:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində texniki əmək müfəttişlərinin iştirakı ilə ikigünlük seminar-müşavirə başlayıb. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin “Azərbaycan Dəmir Yolu İşçiləri Müstəqil Həmkarlar İttifaqlarının baş texniki əmək müfəttişinin iş təcrübəsi barəsində” qəbul etdiyi qərara və tədbirlər planına əsasən bu təcrübənin texniki əmək müfəttişləri tərəfindən öyrənilib yayılması məqsədi ilə müzakirələr aparılıb. Tədbirdə çıxış edənlər baş texniki əmək müfəttişlərinin iş təcrübəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsinə dair normativ aktların işlənib hazırlanması, işçilərin əməyinin mühafizəsi və texniki təhlükəsizliyi ilə əlaqədar təlimlərin keçirilməsi və onların bilik səviyyələrinin yoxlanılması barədə danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR