Bank Of Baku

Şəkidə “Azərbaycan Qafqaz Pələngi” adlı kitabın təqdimat mərasimi keçirilib

Şəkidə “Azərbaycan Qafqaz Pələngi” adlı kitabın təqdimat mərasimi keçirilib
# 14 may 2009 17:02 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Bu gün Şəkidə “Azərbaycan Qafqaz Pələngi” adlı kitabın təqdimat mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, kitabın müəlifi Bolqarıstanın Azərbaycandakı keçmiş səfiri İvan Palçevidir. Müəlif kitabda Azərbaycanın tarıxı, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi haqqında, mədəniyyəti, ölkə mətbəxi və adət-ənənələri barədə geniş və ətraflı məlumatlar dərc olunub. Kitabda həmçinin Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra əldə etdiyi uğurlar və inkişaf barədə, respublikanın ayrı-ayrı bölgələri haqqında ətraflı məlumatlar yer alıb.
Mərasimdə kitabın müəllifi İvan Palçevi, Bolqarıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Şəki rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, rayon ziyalıları iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR