Bank Of Baku

Azərbaycan və Bolqarıstan fövqəladə hallar nazirliklərin arasında əməkdaşlığa dair sənədlər imzalanacaq

Azərbaycan və Bolqarıstan fövqəladə hallar nazirliklərin arasında əməkdaşlığa dair sənədlər imzalanacaq
# 15 may 2009 08:15 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycanın Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramında iştirakını nəzərə alaraq Bolqarıstan və Azərbaycanın bundan sonra daha sıx əməkdaşlıq edəcəyini gözləyirəm”. Bunu APA-ya açıqlamasında Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov deyib. O, hər iki ölkənin fövqəladə hallar nazirliklərinin əməkdaşlığı, eləcə də ekoloji və meşə təsərrüfatı sahələrində əməkdaşlıq istiqamətində ciddi hazırlıqlar olduğunu söyləyib: “Artıq fövqəladə hallar nazirlikləri arasında əməkdaşlığa dair sənədlər hazırdır”.

Səfir mayın sonu, iyunun əvvəlində Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun dəvəti ilə Bolqarıstan ali məktəblərinin Rektorlar Şurasının sədrinin Bakıya gələcəyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR