Bank Of Baku

Dünya maliyyə böhranı Quba xalçalarının satışına təsir göstərib

Dünya maliyyə böhranı Quba xalçalarının satışına təsir göstərib
# 15 may 2009 09:19 (UTC +04:00)
Quba-APA. Bir sıra dünya ölkələrində hökm sürən maliyyə böhranı məşhur Quba xalçalarının satışına ciddi təsir göstərib. Qubadakı xalça istehsalı müəssisələrindən birinin rəhbəri Humay Məmmədovanın APA-nın şimal bürosuna verdiyi məlumata görə, 2008-ci ilin noyabr ayından etibarən xalçaların satışında ciddi problem yaranıb. Xalça istehsalçısı bildirib ki, onların əsas alıcıları xarici qonaqlar, turistlərdir: “Dünya ölkələrində yaranan maliyyə problemləri ilə əlaqədar xarici qonaqların alıcılıq qabiliyyəti kəskin şəkildə zəifləyib. Müəssisə 6-7 aydır ki, hazır məhsulları sata bilmir. Hətta bəzi müştərilər öz sifarişlərindən belə imtina edib. Nəticədə xalça sexlərinin anbarları satılmayan məhsullarla dolub”.
H. Məmmədova hazır məhsula müştəri tapmaqda çətinlik çəkdikləri səbəbindən müəssisənin istehsal gücünü azaltmaq, o cümlədən müəssisədə çalışan toxucuların 50 faizini işdən azad etmək məcburiyyətində qaldığını, xalçaların qiymətinin isə 10-15 faiz endirildiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR