Bank Of Baku

Mədəni Müxtəliflik Günü ilə bağlı Bakıda tədbirlər keçiriləcək

Mədəni Müxtəliflik Günü ilə bağlı Bakıda tədbirlər keçiriləcək
# 15 may 2009 09:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. 21 may tarixi BMT tərəfindən Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü kimi qeyd olunur. BMT-nin Bakı Ofisindən APA-ya verilən məlumata görə, bu münasibətlə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyi Azərbaycanın Birləşmiş Rəssamlar Klubu və Labirint Yaradıcı İctimai Assosiasiyası ilə Azərbaycan Rəssamlar Birliyi, Azərbaycanın Müasir İncəsənət Mərkəzi, Norveç səfirliyi, Bakı Biennalı və Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə bu ümumdünya günü Bakıda qeyd etməyi planlaşdırır. Mayın 18-də Müasir İncəsənət Mərkəzində incəsənət əsərləri və qısametrajlı filmlərin nümayiş ediləcəyi sərgi keçiriləcək. “Qadın olmaq” adlanan bu sərginin məqsədi müxtəlif mədəniyyətlərin və ya fərdlərin gender nəzəriyyəsinə yanaşma tərzlərini müəyyənləşdirməyi əsas tutaraq müxtəlif rəssamların müasir incəsənət əsərlərini nümayiş etdirməkdir. Mayın 19-da isə BMT-nin Azərbaycan nümayəndəliyi öz ofisində “Qız Qalası” Beynəlxalq Müasir İncəsənət Forumu çərçivəsində mədəniyyətlərarası dialoqun dəyərlərini təsdiqləmək və irəli çəkmək məqsədilə birgə seminar keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR